Yüksək vəzifə verilən polkovnik keçmiş nazirin oğludur - FOTO

 Yüksək vəzifə verilən polkovnik keçmiş nazirin oğludur - FOTO

Polkovnik Azər Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini təyin edilib.

Asayis.az  qafqazinfo-ya istinadən xəbər verir ki, Azər Məmmədov 1987-90-cı illərdə Azərbaycanın daxili işlər naziri olmuş tanınmış dövlət xadimi Aydın Məmmədovun oğludur.

1969-cu il təvəllüdlü A.Məmmədov uzun müddət polis orqanlarında xidmət edib. Onun son iş yeri isə Daxili İşlər Nazirliyində Daxili Təhqiqat İdarəsinin rəis müavini vəzifəsi olub.

17:17 - 22 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin