Sumqayıtda xəstəxanada baş verən yanğın söndürülüb.
Məlumata görə, hadisə zamanı 15 nəfər tüstüdən zəhərlənib. Onlara tibbi yardım göstərilib.
Qeyd edək ki, Bərpa Xəstəxanasının yanğın baş verən korpusunun 1-ci mərtəbəsində məcburi köçkünlər məskunlaşıb.
***
Sumqayıt şəhərində xəstəxanada yanğın olub
Asayiş.az xəbər verir ki, hadisə Bərpa Müalicə Xəstəxanasının əsas korpusunda qeydə alınıb. Şahidlərin sözlərinə görə, palatalarda xəstələr var. Hadisə yerinə Sumqayıt Dövlət Yanğından Mühafizə Hissəsinin 5-ə yaxın briqadası cəlb edilib.