Zəngilanda yabanı halda bitən çətənə bitkisi yandırılaraq məhv edilib

 Zəngilanda yabanı halda bitən çətənə bitkisi yandırılaraq məhv edilib

Zəngilan Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əmakdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Asayis.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tədbir zamanı rayonun Şayıflı kəndinin ərazisində yabanı halda bitmiş çəkisi 2 ton 400 kiloqram olan 8000 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.//Report

13:46 - 20 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin