Bakıda küçəyə şəhid Səbuhinin adı VERİLDİ

 Bakıda küçəyə şəhid Səbuhinin adı VERİLDİ

Bakının Xətai rayonunda yerləşən küçələrdən birinə 44 günlük Vətən müharibəsi şəhidi Səbuhi Əhmədovun adı verilib.

Asayis.az xəbər verir ki, bu barədə Demokrat.az-a Xətai Rayon İcra Hakimiyyətindən (RİH) bildirilib.

Məlumata görə, "Abidə" küçəsinin adı dəyişdirilərək “Səbuhi Əhmədov” adlandırılıb.

Xətai rayonu ərazisində 3 küçəyə Vətən müharibəsi şəhidləri Rəcəb Məmmədov, Kəmaləddin Məmmədzadə və Səbuhi Əhmədovun adı verilib.

Ümumilikdə rayon ərazisində 17 küçənin adı dəyişdirilib.

12:43 - 18 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin