Ukraynada 300-ə yaxın Rusiya hərbiçisi əsir düşüb.
Bu barədə Prezident Administrasiyasının müşaviri Aleksey Arestoviç bildirib.
Əsirlər arasında Suriyada döyüşənlər də, Dağlıq Qarabağa daxil olan "sülhməramlılar" da, buna qədər Donbasda döyüşənlər də var, deyə o qeyd edib.
Beləliklə, sülhməramlıların bir hissəsinin Qarabağdan Ukraynaya göndərildiyi haqqında qeyri-rəsmi məlumatlar təsdiqini tapıb.