Lüksemburq 2024-cü ildə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində iştirak edəcək.
Bu barədə Asayis.az Eurovision.tv-yə istinadən xəbər verir.
Qeyd olunur ki, Lüksemburq 1956-cı ildə ilk “Avroviziya” müsabiqəsində iştirak edən ölkələrdən biri olub. Yarışmada iştirak etdiyi müddət ərzində beş dəfə qalib gəlib.
Lüksemburq 1980-1990-cı illərdə ard-arda uğursuz çıxışlarından sonra müsabiqədə iştirakını dayandırıb. Ölkə “Avroviziya”da sonuncu dəfə 1993-cü ildə iştirak edib.