Gəncədə yanğın zamanı 300-ə yaxın cücə tələf oldu

 Gəncədə yanğın zamanı 300-ə yaxın cücə tələf oldu

Gəncədə güclü yanğın baş verib.

Hadisə şəhərin Əziz Əliyev prospektində yerləşən həyət evlərinin birində qeydə alınıb.

Vətəndaş Saleh Qasımova məxsus 25-30 kv m olan yardımçı tiklidə (cücə damı) anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı 300-ə yaxın cücə yanaraq tələf olub, yardımçı tikili isə yararsız hala düşüb. İlkin ehtimallara görə yanğın qısaqapanmadan baş verib.


00:09 - 9 Mart 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin