Xırdalanda parkda obyekt tikilir.
Asayis.Az-ın xəbərinə görə, bu barədə iqtisadçı Samir Əliyev məlumat verib.
“Xırdalan dairəsində (üzü şəhərə gedəndə sağ tərəfdə) balaca bir ərazi var idi. Oranı parka çevirmişdilər. Həm də gediş-gəliş imkanı var idi. İndi orada gördüyünüz bu tikili tikilir. Yəqin, supermarket olacaq. Görəsən, Abşeron rayon icra hakimiyyəti orda tikintiyə nəyin müqabilində icazə verib?” – o qeyd edib.
Fotonu təqdim edirik