“Legenda” gecə klubunda cinayət - TƏFƏRRÜAT

 “Legenda” gecə klubunda cinayət - TƏFƏRRÜAT

Bakının Binəqədi rayonunda 2003-cü il təvəllüdlü Nicat şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı Sakitə xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesində yerləşən “Dəlidağ” restoranının qarşısında baş verib. 

Nicat üzərində olan bıçaqla Sakitin bir dəfə qarın nahiyəsindən, bir dəfə yan nahiyəsindən vurub. 

İstintaq orqanı tərəfindən Nicatın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nicat ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. 

O bildirib ki, həqiqətən hadisəni törədib: 

“Lakin yetirdiyim xəsarət ağır olmayıb, zərərçəkmiş şəxsə yüngül xəsarət yetirmişəm. Hadisə günü balaca qardaşım Xəyal və dostum Anar ilə birlikdə Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesində yerləşən “Legenda” klubuna istirahət etməyə getdik. Həmin klubun ikinci mərtəbəsində qardaşım və Anar pivə içdilər. Mən isə təxminən 600 qram spirtli içki olan viski qəbul etdim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin klubda istirahət edən, sonradan adı ona məlum olan Arzu və Sakit adlı şəxslər onu çağıraraq söhbət edəcəklərini deyiblər: 

“Dostum Anar birlikdə aşağı düşdük, qardaşım Xəyal isə yuxarıda qaldı. Aşağıda Arzu mənə nə vaxtsa “Avtovağzal” metro stansiyasının yaxınlığında üzərinə bıçaq çıxartdığımı dedi. Mən isə ona bıçaq çıxartmağımı xatırlamadığımı söylədim. Həmin vaxt Arzu məni söydü və sifətimin sol nahiyəsindən yumruqla vurdu. Arzunun yanında olan Sakit də sağ ayağımdan təpiklə vurdu. Sakit həmçinin yumruqla Anarın sifətindən də vurdu. Mən və Anar onlardan aralanaraq qaçmağa başladıq. Bir azdan geriyə baxdıqda arxamca heç kəsin gəlmədiyini gördüm və geri qayıtdım. Qayıdan zaman qarşımda Sakiti gördüm. Sakitin məni vuracağından qorxaraq cibimdə olan qatlanan cib bıçağı çıxardım və Sakitin qarın nahiyyəsindən 1 dəfə, yan nahiyyəsindən də 1 dəfə vurdum. Qaçanda bıçağı Binəqədi şossesində yerləşən “Neptun” marketin qarşısında tulladım. Daha sonra yaşadığım evə getdim. Dostum Anar və qardaşım Xəyal da ora gəldilər”. 

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Sakitin sözlərinə görə, təqsirləndirilən şəxsi 12 iyun 2019-cu ildə tanıyıb: 

“Qeyd etmək istəyirəm ki, həmin tarixdə dostum  Arzu ilə birlikdə Binəqədi rayonu, Xırdalan şossesində yerləşən “Legenda” klubunda istirahət etdik, spirtli içkilər qəbul etdik. Həmin klubda Nicar daha iki nəfər şəxslə birlikdə istirahət etdilər. Onlar da spirtli içkilər qəbul etmişdilər. Bundan əvvəl isə Arzu mənə 2019-cu ilin mayın axırlarında “Avtovağzal” metrosunun içində tanımadığı bir şəxsin bilməyərəkdən ayağına toxunduğu üçün həmin şəxsin ona bıçaq çəkdiyini, lakin taksi sürücüləri qışqırandan sonra qaçdığını dedi. Arzu həmin üç nəfərdən ikisini tanıdığını, onlardan birinin dediyi Avtovağzal metrosunun keçidində mübahisə etdiyi şəxslər olduğunu və onlardan birinin onun üstünə bıçaq çəkən şəxs olduğunu bildirdi. İstirahət etdiyim vaxt Arzu aralanaraq harasa getdi. Mən də ayaqyoluna gedərkən Nicatla başqa bir şəxsin Arzu ilə söhbət etdiklərini gördüm. Həmin şəxslər Arzunu klubdan çölə çıxmağı bildirdi. Arzu həmin şəxslərlə çölə çıxan zaman həmin 2 nəfərin ona bıçaq çəkdiyini deyirdi. Mən də bu şəxslərin arxasınca çölə çıxdım. 

Gördüm ki, Arzu Nicatla söhbət edərək ona qarşı bıçaq çəkmə hadisəsini xatırlatdı. Lakın Nicat elə bir şey olmadığını, həmin vaxt həbsdə olduğunu bildirdi, Arzuya onu kımlərləsə səhv saldığını bildirdi. Arzu ona diqqətlə baxmağını və həmin hadisəni yada salmağını dedi. Arzu yalan danışanın ünvanına nalayiq söyüşlər işlətdi və sağ əli ilə Nicatın üzünə 1 dəfə şillə vurdu. Onun ayağı büdrəyəndə mən də onun yanındakı şəxsə də sifətindən yumruqla vurdum. Dərhal bundan sonra Nicatla digər şəxs ayrı-ayrı istiqamətlərə qaçdılar”. 

Zərərçəkmiş deyib ki, Arzuya əvvəllər bıçaq çəkən Nicatın arxasınca qaçıb, Arzu isə digərinin dalınca qaçmağa başlayıb: 

“Mən az məsafə qaçdım ki, Nicatın dayanaraq mənə tərəfə çönməsini gördüm. Mənə yaxınlaşdıqda Nicatın nə ilə isə vurduğunu hiss etdim. Lakin bıçaqlandığımı həmin dəqiqə bilmədim. Nicat isə məndən aralanaraq qaçmağa davam etdim. Bu zaman Arzu yanıma gəldi və köynəyimin qana bulaşdığını gördü. Mənim bıçaqlandığımı dedi. Bundan sonra mən və Arzu “Legenda” klubun qarşısında dayanan taksiyə mindik. 

Xırdalan dairəsinin yanında olan aptekin yanında Arzu taksidən düşdü və aptekdən lazımı ləvazimatlar aldı. Bundan sonra ikimiz birlikdə Arzunun qaldığı evə getdik. Orada Arzu yaranın üzərinə sarğı qoydu. Həmin vaxt məlum oldu ki, Nicat sol budumdan da bıçaqla xəsarət yetirdi. Bundan sonra Arzu harasa getdi və 2 nəfərlə qayıtdı. Həmin 2 nəfər də yaralarıma baxaraq yaranın cıddı olduğunu dedi. Təcili xəstəxanaya getməyin vacibliyini bildirdilər. Arzu və digər 2 nəfər birlikdə “Semaşko” adlanan xəstəxanaya getdik. Orada əməliyat olundum”. 

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Nicat 6 il 11 ay 3 gün müddətinə azadlıqdan məhrum edilib. 

Demokrat.az

13:10 - 12 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin