Bakıda sürücü müştərini döyərək telefonunu əlindən aldı

 Bakıda sürücü müştərini döyərək telefonunu əlindən aldı

Bakıda sürücü müştərini döyərək telefonunu əlindən alınıb.

Daxili İşlər Nazirliyindən (DİN) Asayis.Az-a daxil olan məlumata görə, mayın 10-da saat 18 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində “Hyundai” markalı avtomobilin sürücüsünün 1 nəfəri döyərək mobil telefonunu alması barədə polisə məlumat daxil olub.

Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Quluzadə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

12:29 - 12 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin