“Evdar qadın“TikTok”dan və digər platformalardan pul qazanırsa, bunun nəyi pisdir?” - Aydın Xan Əbilov

 “Evdar qadın“TikTok”dan və digər platformalardan pul qazanırsa, bunun nəyi pisdir?” - Aydın Xan Əbilov

“Azərbaycanda “TikTok”un qadağan edilməsi absurd səslənir. Çünki Azərbaycan Vətən müharibəsində məhz “TikTok” vasitəsilə Ermənsitana informasiya savaşında qalib gəldi. Cənab Prezidentin “Twitter” vasitəsilə atdığı tvitləri, eyni zamanda yeniyetmə gənclərin “TikTok” vasitəsilə Ermənistana verdikləri cavabları unutmaq olmaz. Bu baxımdan, düşünürəm, istənilən platformadan, sosial şəbəkədən öz xeyrimiz üçün istifadə etməliyik, nəinki qadağa qoymaq. İndi süni intellekt, süni zəka botları, proqramları, tətbiqləri gəlib. Qadağalarla iş düzəlsəydi... Müharibə zamanı dövlətin təklifi ilə müəyyən qadağalar oldu, amma müxtəlif VPN proqramları tərəfindən bu qadağalardan yan keçilə bildi. İndiki məqamda kimlərinsə istəyi, fikri ilə müəyyən problemlərin həlli üçün guya dövlətə kömək etmək məqsədilə qadağa təklif olunması lazım deyil. Məhz sosial şəbəkələrdən məntiqli, maksimum dərəcədə Azərbaycanın xeyrinə, hətta iqtisadi maraqları ödəmək üçün istifadə etməyin tərəfindəyik. “İnstagram”, “Facebook”, “Youtube” və digər sosial platformalarda insanlarımız pul qazanırsa, bunun nəyi pisdir? Əlbəttə, yaxşı olar ki, sivil yolla pul qazanılsın, fırıldaqçılıq, aldatmaqla yox. Əslində böyük platformalar dünyanın hər yerində alternativ təhsil, iş yerləri, virtual ofis kimi istifadə olunur. Biz də insanları ora yönəltməliyik. Evdar qadın, yaxud bir gənc “TikTok”dan və digər platformalardan pul qazanırsa, bunun nəyi pisdir?”

Asayis.Az xəbər verir ki, bu sözləri açıqlamasında tanınmış kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, ABŞ və Çin arasında texnologiyalar müharibəsi gedir: “Son hadisələr də bunu göstərir ki, XXI əsr məhz İT müharibələri - informasiya kommunikasiya texnologiyalarının, intellekt, süni zəka savaşı ilə yadda qalacaq. Bu baxımdan istər Qərb, istər Avropa, yaxud digər ölkələrdə Çinə məxsus “TikTok” beynəlxalq sosial şəbəkə platformasının qadağan edilməsi, onunla bağlı sərt addımların atılması başadüşüləndir. Bir ara Çinin özündə də “Facebook”, “Twitter” və “İnstagram” kimi sosial şəbəkə platformalarına qadağalar qoyulurdu. Çünki Çin dövlət orqanları yaxşı dərk edirdilər ki, hansı sosial platforma yarandığı ölkənin qlobal texnoloji vasitəsidir və bununla böyük dövlətlər kiçik dövlətləri idarə etməyə çalışırlar, inqilablar ixrac edirlər, hadisələri bu və ya digər məcraya yönəltməyə çalışırlar. Çin bunu tez dərk etdi. Əvvəl Rusiya dərk etmişdi. Bilirsiniz ki, “Odnoklassnik”, “Kontakt” və digər platformalar yaradıldı, sonradan “Telegram” ortaya atıldı. Çin bunların hamısının miksi, sintezi sayıla bilən “TikTok”u yaratdı. Bu platforma ilə Çin artıq texnoloji sahələrdə də uğurlar qazanmağa başladı”.

 

Pravda.az

14:26 - 11 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin