Sabiq polis əməkdaşı yenidən məhkəmə qarşısında

 Sabiq polis əməkdaşı yenidən məhkəmə qarşısında

Mingəçevir şəhər sakini, əvvəllər polis orqanlarında çalışmış Elbrus Əmiraslanovun barəsindəki hökmdən kassasiya şikayətinə verilib.

Asayis.Az-ın məlumatına görə, şikayət Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası mayın 10-na təyin edilib.

İttihama görə, Elbrus Əmiraslanov qisas məqsədi ilə həmyerlisi və qohumu olan Sevda Şəfiyevanın oğlu Rüstəm Məmmədovun qəbri üzərində zorakılıq edərək qəbirin üstünə çıxaraq orda gül səbətini və məzarın sinə daşının üstündə olan mərmər gülqabıları təpikləyərək sındırıb, qəsdən qəbir üzərində təhqiredici hərəkətlər edib.

Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə o, təqsirli bilinərək hər ay qazancından 20% dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cinayət cəzasına məhkum olunub. Elbrus Əmiraslanov Mingəçevir Şəhər Məhkəməsinin həmin hökmündən apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib.

 

 

Pravda.az

10:23 - 11 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin