“HB Güvən” klinikasının həkim köməkçisi qəza törətdi - CƏZA

 “HB Güvən” klinikasının həkim köməkçisi qəza törətdi - CƏZA

Bakı Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Həbib Alıyevin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Asayis.Az-ın məlumatına görə, hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun apellyasiya şikayəti qismən təmin edilib, Nərimanov Rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, Həbib Alıyevin 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilib.

İttihama görə, paytaxtın Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi ilə Məmməd Araz küçəsi istiqamətində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Həbib Alıyev sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “Mercedes-Benz C180” minik avtomobillə hərəkətdə olan zaman “Toyota Prius” markalı maşının qabaq sağ hissəsi ilə toqquşub. Nəticədə “Toyota Prius”un sərnişin olan 1968-ci il təvəllüdlü N.N. (ad, soyadı şərti) xəsarətlər alaraq ölüb.

Daha sonra Həbib Alıyev barəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırlatma: Həbib Alıyev “HB Güvən” klinikasında həkim köməkçisi vəzifəsində çalışır. Nərimanov Rayon Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını məntiqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Pravda.az

15:19 - 10 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin