Yol polisindən maşın alıb-satanlarla bağlı AÇIQLAMA

 Yol polisindən maşın alıb-satanlarla bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycanda avtomobil satışı üzrə qaydalar dəyişib.


“Nağdsız hesablaşmalar haqqında” qanuna edilən dəyişikliyə əsasən, bu ildən avtomobillərin alqı-satqısı nağdsız qaydada həyata keçiriləcək. 

Fərdi qaydada avtomobil alıb-satan şəxslərin əksəriyyəti isə bu qanunun necə icra olunacağından, kimlərə şamil olunacağından xəbərsizdirlər. Bununla bağlı yaranan suallara və şəxsi avtomobillərin alqı-satqısı zamanı pulun hansı üsulla köçürülməsini, avtomobili satan şəxsin pulu haradan götürməsini kimi məlumatsızlıq müşahidə edilir.

Bütün bu suallarla bağlı əlaqədar təşkilatlardan aldığımız məlumatlarda bildirilir ki, sözügedən qanun yalnız hərrac yolu ilə satılan, eləcə də dövlət qurumları və hüquqi şəxslər tərəfindən alınıb-satılan avtomobillərə aiddir. Yəni fiziki şəxslər (sadə vətəndaşlar) adi qaydada öz avtomobillərini bank əməliyyatı aparmadan, əvvəlki qaydada alıb-sata bilərlər. Bu prosedur Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsində və ya regional şöbələrində heç bir bank sənədi tələb olunmadan həyata keçirilir.

18:26 - 7 Yanvar 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin