Bakıda estetik əməliyyatı olunan 23 yaşlı qız öldü - FOTO

 Bakıda estetik əməliyyatı olunan 23 yaşlı qız öldü - FOTO

Bakıda estetik əməliyyatı zamanı komaya düşən gənc qız vəfat edib.

Asayis.Az xəbər verir ki, bir neçə gün əvvəl ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilən 23 yaşlı Arzu Əzimova tibbi müdaxilələrə baxmayaraq dünən vəfat edib.

Məlum olub ki, o, 5 gün əvvəl Sabunçu rayonu ərazisidəki "Medicare" özəl klinikasında rinoplastika əməliyyatı (estetik burun əməliyyatı) etdirib və orada komaya düşüb.

Faktla bağlı araşdırma aparılır. (qafqazinfo)

18:44 - 6 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin