Bayram Nurlu məşqçidən danışdı: “Sən şəxsiyyətsiz manyaksan!” - VİDEO

 Bayram Nurlu məşqçidən danışdı: “Sən şəxsiyyətsiz manyaksan!” - VİDEO
Sumqayıtda Tağıyev qəsəbəsində 19 saylı məktəbdə azyaşlının idman zalında məşqçi tərəfindən döyülərək öldürülməsi xəbəri iki gündür ölkənin gündəmini silkələyib.
Asayis.Az xəbər verir ki, tanınmış ekstrasens, “İnstagram” fenomeni Bayram Nurlu da məsələyə səssiz qalmayıb.Sosial şəbəkə hesabında bu haqda paylaşım edən B.Nurlu məşqçinin ən ağır şəkildə cəzalandırılmasını tələb edib:

“Özümə gələ bilmirəm. Bir körpənin manyak tərəfindən öldürülməsi məni çox sarsıtdı. Valideynləri onu daha da sağlam olması, uğur qazanması üçün idman məşqlərinə yazdırmışdı. Amma azyaşlı, idman müəlliminin vəhşiliyinin, idmanla zorakılığı ayıra bilməməsinin qurbanı oldu. Nəyinsə aludəçisi olan adam bir uşağın həyatını məhv etdi, valideynin sinəsinə dağ çəkdi. Özündə deyildisə, gedib evindəkini vurardı, camaatın övladı ilə nə işi vardı? Ona ən ağır cəza verilməlidir. O, yaşamağa layiq deyil”. B.Nurlu Gənclər və İdman Nazirliyinə də səslənib:“Mən Gənclər və İdman nazirliyinə səslənirəm, çox xahiş edirəm, ildə bir dəfə yox, hər ay uşağa dərs deyən müəllimlər psixoloji kontroldan keçməlidir, qan analizi verməlidir. Bu hadisə sabah da baş verə bilər, ciddi nəzarət olmalıdır, valideynlər qorxu içindədir. Nə olsun ki, o məşqçi 2 medal qazanıb?! O medala görə heç kəs onu alqışlamayacaq. İnsan şəxsiyyətinə görə hörmət qazanmalıdır. Sən şəxsiyyətsiz manyaksan! Bir körpəni qəddarcasına öldürmüsən. Gedib öz balana, öz qardaşın uşağına bunu edərdin. Mən buna da qarşıyam. Bax, belə insanlar əfsuslar olsun ki, iradə zəifliklərinə görə insanları bədbəxt edirlər”.

Həmin görüntüləri təqdim edirik:
 

 


Yenisabah.az

17:14 - 5 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin