Mehman Xəlilova neçə il həbs cəzası veriləcək? - AÇIQLAMA

 Mehman Xəlilova neçə il həbs cəzası veriləcək? - AÇIQLAMA

Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsindəki 19 saylı məktəbin idman zalında 2016-cı il təvəllüdlü Fərid Bakarova ağır xəsarətlər yetirərək ölümünə səbəb olan 1994-cü il təvəllüdlü Mehman Xəlilov 9 ildən 12 ilə qədər həbs edilə bilər.

Asayis.Az xəbər verir ki, bu sözləri açıqlamasında vəkil Elçin Sadıqov deyib.

O bildirib ki, Mehman Xəlilov Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilir: “Həmin maddədə qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda göstərilir. Bu maddənin sanksiya həddinə görə, Mehman Xəlilovu 9 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Yəqin, istintaq dövründə aydınlaşacaq ki, hadisə ehtiyatsızlıqdan baş verib, yoxsa həmin hərəkətlər ölümə yönəlmişdi. Buna uyğun cəza müddəti dəyişə bilər”.

 

 Pravda.az

16:25 - 5 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin