Şirvanda 71 yaşlı kişi arvadını azyaşlı qonşuya qısqandı, sonra isə... - ŞOK TƏFƏRRÜAT

 Şirvanda 71 yaşlı kişi arvadını azyaşlı qonşuya qısqandı, sonra isə... - ŞOK TƏFƏRRÜAT

Şirvan şəhərində 1952-ci il təvəllüdlü Vüqar ailə münaqişəsi zəminində həyat yoldaşı Fərqanəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 
Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin fevralın 14-də baş verib. Vüqar həmin gün saat 14.30-da yaşadığı evin həyətyani sahəsində arvadı Fərqanə ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə baş verib. 

Mübahisə zamanı Vüqar yumruqla Fərqanənin baş və qulaq nahiyəsindən bir neçə dəfə vuraraq, ona xəsarətlər yetirib. 

İstintaq orqanı tərəfindən Vüqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, , 1975-ci ildə Fərqanə ilə ailə həyatı qurub: “2013-cü ildə övladım Murad rəhmətə getdikdən sonra səhhətimdə bir sıra problemlər yaranmağa başladı. Bu səbəbdən arabir spirtli içkilər qəbul etməyə başladım. Arvadımla da aramızda münaqişələr yarandı. Hər dəfəsində Fərqanə sərxoş vəziyyətdə evə gəlməyimi gördü, mənimlə münaqişə yaratmağa başladı. 

Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə fevralın 14-də, saat 14 radələrində yaşadıqları evə gəlib: “Fərqanı həmin vaxt həyətdə olarkən, ona qonşu ilə nə səbəbə ünsiyyət yaratdığını bildirdim. Fərqanə söydü, təhqir etməyə başladı. Bu vaxt əsəbləşərək Fərqanəyə yaxınlaşdım. Özümü saxlaya bilməyərək, onun baş nahiyəsinə bir neçə dəfə yumruqla vurdum. Bu vaxt Fərqanə yerə yıxıldı və baş nahiyəsi yerdə olan daş parçasına dəydi. Bir neçə saat keçdikdən sonra Fərqanənin səhhətinin yaxşı olmadığını gördüm və təcili tibbi yardım çağırdım. Bir qədər keçdikdən sonra yaşadığımız ünvana polis əməkdaşları gəldilər”.

Vüqar deyib ki, hadisə zamanı sərxoş və əsəbi olduğu üçün bu əməli törədib. O, əməlindən peşman olduğunu deyib.

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Fərqanənin sözlərinə görə, 2013-cü ildə övladları rəhmətə getdikdən sonra əri Vüqar spirtli içki aludəçisi olmağa başlayıb: “Hər gün demək olar ki, sərxoş vəziyyətdə Vüqar yaşadığımız ünvana gəlir, bu səbəbdən də onunla aramızda tez-tez münaqişələr olur. Sonuncu dəfə fevralın 14-də, saat 14.30-da ərim yaşadığımız ünvana gəldi. Onun həmişəki kimi sərxoş vəziyyətdə olmasını hiss etdim. Vüqar mənim qonşuluqda yaşayan azyaşlı uşağa qısqanaraq söydü, təhqir etdi. Baş və qulaq nahiyəmə bir neçə dəfə yumruqla vurdu. Bu vaxt özümü itirdim və yerə yıxıldım. Bir neçə saat sonra təcili tibi yardım stansiyasının “103” qaynar xəttinə məlumat verdim və yaşadığım ünvana həkimlər gəldi. Məni xəstəxanaya aparmaq istədilər. Lakin bununla razılaşmadım. Tibb işçilərinə ərimin məni döyməsi nəticəsində xəsarət aldığımı bildirdikdən sonra yaşadığım ünvana polis əməkdaşları gəldilər”.

Bu cinayət işinə Şirvan şəhər Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Vüqar 1000 manat miqdarında cərimə olunub. 
 

16:14 - 5 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin