Bakıda avtobusla yük maşını toqquşub, xəsarət alanlar var

 Bakıda avtobusla yük maşını toqquşub, xəsarət alanlar var

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

Sabunçu yol qovşağının yaxınlığında 166 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 010 dövlət qeydiyyat nişanlı avtobus yük maşınına çırpılıb.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, Sabunçu yol qovşağının yaxınlığında “Vətən.az” MMC-nin müvəqqəti istismarında olan 166 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 010 dövlət qeydiyyat nişanlı avtobusun iştirakl ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib. Məlumata görə, sərnişin avtobusu kommunal xidmət avtomobili ilə toqquşub. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Qəza ilə bağlı Bakı Nəqliyyat Agentliyində araşdırma aparılır. “Vətən.az” MMC-nin məsul şəxsi Sənan Səlimov Agentliyə çağırılıb.

Nəqliyyat Agentliyindən (BNA) bildirilib. Məlumata görə, sərnişin avtobusu kommunal xidmət avtomobili ilə toqquşub. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Qəza ilə bağlı Bakı Nəqliyyat Agentliyində araşdırma aparılır. “Vətən.az” MMC-nin məsul şəxsi Sənan Səlimov Agentliyə çağırılıb.


02:45 - 5 Mart 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin