Dünyada bir İLK: Ana bətnindəki körpə beyin əməliyyatı olundu

 Dünyada bir İLK: Ana bətnindəki körpə beyin əməliyyatı olundu

ABŞ-də alimlər xüsusi genetik xəstəliyə malik 34 həftəlik körpənin insultla doğulma riskinin qarşısını almaq üçün ana bətnində olarkən körpə üzərində beyin əməliyyatı keçiriblər.

Asayis.az  "Posta"ya istinadən xəbər verir ki, ABŞ-də hamilə qadının 30 həftəlik körpəsində "Galen damarının qüsuru" adlı genetik xəstəlik olduğu müəyyən edilib.

Hər 60 min körpədən birində görülən bu xəstəlik, insanın ömür boyu sağlamlıq problemləri ilə yaşamasına səbəb olur. Bu beyindəki arteriyalar qanı kapilyarların yerinə birbaşa venalara axıdarkən baş verir. Beləliklə, ürək qanla dolur və təhlükəli dərəcədə yüksək qan təzyiqi yaradır. Eyni zamanda, onların 11 yaşından əvvəl ölüm riski 30 faizdir.

Boston Uşaq Xəstəxanası və Massaçusets Xəstəxanasından 10 nəfərlik həkim qrupu bu körpəni ana bətnində əməliyyat etmək qərarına gəlib.O, hamiləliyin 34-cü həftəsində əməliyyat olunub. Körpənin ana bətnində olarkən beynində bu xəstəliklə bağlı ilk əməliyyat kimi ədəbiyyata daxil olan cərrahi prosedur müvəffəqiyyətlə nəticələnib.

Əməliyyatdan iki gün sonra körpə heç bir problem olmadan dünyaya gəlib.

11:48 - 5 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin