Nazirliyin bu qurumu "Azərsu” ASC-ni məhkəməyə verdi

 Nazirliyin bu qurumu

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi Tədqiqat İnstitutu "Azərsu” ASC ilə bağlı məhkəməyə müraciət edib.

Asayis.Az-ın məlumatına görə, bu barədə İnstitut Bakı Kommersiya Məhkəməsinə üz tutub.

Belə ki, dövlət qurumu müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – su haqqının ödənilməsi üzrə tələb irəli sürüb.

İddia hakim İlham Əhmədovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

13:29 - 3 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin