Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi Tədqiqat İnstitutu "Azərsu” ASC ilə bağlı məhkəməyə müraciət edib.
Asayis.Az-ın məlumatına görə, bu barədə İnstitut Bakı Kommersiya Məhkəməsinə üz tutub.
Belə ki, dövlət qurumu müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – su haqqının ödənilməsi üzrə tələb irəli sürüb.
İddia hakim İlham Əhmədovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.