Qazaxıstan prezidenti: "Öldürmək üçün orduya əmr vermişəm"

 Qazaxıstan prezidenti:

Qazaxıstan prezidenti Kasım Jomart Tokayev xalqa müraciət edib.

"Almatı şəhəri 20 min terrorçunun hücumuna məruz qalib. Bu terrorçuları xəbərdarlıq belə etmədən öldürmək üçün orduya əmr vermişəm"

Prezident ölkədə fövqəladə vəziyyət rejiminin mərhələli şəkildə götürüləcəyini, ayrı-ayrı regionlarda internetə məhdudiyyətin qoyulacağını qeyd edib.

Tokaev xalqa müraciətində şübhəli şəxslər barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verilməsi istəyib.

15:25 - 7 Yanvar 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin