"Nədən qorxursan? Gəl oturub danışaq"

Ukrayna prezidenti Zelenski Rusiya prezidenti Putinə danışıqlar masasına oturmaq üçün çağırış edib.
 

O, bu gün keçirdiyi mətbuat konfransında Putinə müraciətlə deyib:
"Sən bizdən nə istəyirsən? Torpaqlarımızdan get. İndi getmək istəmirsən - otur mənimlə bir masaya. Mən azad insanam. Əyləş mənimlə. Amma Makronla, Şoltsla olduğu kimi 30 metrdən yox. Mən ki qonşuyam. Mən adam yeyən deyiləm. Normal insanam. Otur mənimlə, danışaq. Nədən qorxursan? Biz heç kimi təhdid etmirik. Biz terrorçu deyilik. Biz başqalarının torpağını zəbt etmirik...".

22:05 - 3 Mart 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin