İzmirdə “Folkart” yaşayış binasında baş verən güclü yanğında müğənni İbrahim Tatlısəsin də evi yanıb.
Asayis.az-ın “Milliyet”ə istinadən məlumatına görə, müğənni hadisədən sonra ilk açıqlamasını verib
Onun sözlərinə görə, yanğın zamanı İzmirdə olmayıb: ““Folkart”da yaşayan bütün qonşularıma keçmiş olsun. İki gün əvvəl İzmirə gedəcəkdim. Təyyarədə yer olmadığından gedə bilmədim. Gələn mala gəlsin”.
Qeyd edək ki, yaşayış binasında baş verən yanğın zamanı 6 nəfər tüstüdən zəhərlənib, 1 nəfər isə yaralanıb. İlkin ehtimala görə, yanğına səbəb qısaqapanma olub.