“İki gün əvvəl oraya gedəcəkdim” - Evi yanan Tatlısəs

 “İki gün əvvəl oraya gedəcəkdim” - Evi yanan Tatlısəs

İzmirdə “Folkart” yaşayış binasında baş verən güclü yanğında müğənni İbrahim Tatlısəsin də evi yanıb.

Asayis.az-ın  “Milliyet”ə istinadən məlumatına görə, müğənni hadisədən sonra ilk açıqlamasını verib

Onun sözlərinə görə, yanğın zamanı İzmirdə olmayıb: ““Folkart”da yaşayan bütün qonşularıma keçmiş olsun. İki gün əvvəl İzmirə gedəcəkdim. Təyyarədə yer olmadığından gedə bilmədim. Gələn mala gəlsin”.

Qeyd edək ki, yaşayış binasında baş verən yanğın zamanı 6 nəfər tüstüdən zəhərlənib, 1 nəfər isə yaralanıb. İlkin ehtimala görə, yanğına səbəb qısaqapanma olub.

21:17 - 1 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin