Maqsud Mahmudovun əmlaklarının üzərinə həbs qoyulub

 Maqsud Mahmudovun əmlaklarının üzərinə həbs qoyulub

Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun əmlaklarının üzərinə həbs qoyulub.

İstintaq materiallarında qeyd olunub ki, zərərçəkmişlər - Aslan Qəhrəmanov, Rövşən Əlibəyli və Məzahir Ağayevin mülki iddialarını, eləcə də ola biləcək xüsusi müsadirəni təmin etmək üçün Xətai Rayon Məhkəməsi təqsirləndirilən şəxsə məxsus paytaxtın Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşməklə hər birinin sahəsi 0,12 ha təşkil edən ümumilikdə iki torpaq sahəsi və Yasamal rayonu, Süleyman Rəhimov küçəsi 82 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulması barədə qərar çıxarıb.

İstintaq tərəfi həmin əmlakların xüsusi müsadirə edilməsini təklif edir.

Eyni zamanda, cinayət işinin materiallarında maddi sübut hesab olunan 1 ədəd 750 əyarlı 20,22 qram çəkidə üzük isə dövlət bankında saxlanılır.

16:53 - 3 Mart 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin