Cadillac-ın InnerSpace konsepti - FOTOLAR

 Cadillac-ın InnerSpace konsepti - FOTOLAR

Las Veqasda keçirilən CES 2022 sərgisində Cadillac şirkəti dəbdəbəli InnerSpace konsept avtomobilini təqdim edib.

Bu konsept amerikan markasının gələcəyin fərdi avtonom mobilliyinə olan baxışını əks etdirir. Məlum məsələdir ki, konsept tam şəkildə elektrik ötürməsi hərəkətə gəlir və onun salonunda bir ədəd olsun belə idarəetmə orqanı yoxdur: hər şey ağıllı avtopilot sisteminə həvalə edilib.İkiyerli prototip Cadillac Halo xəttindən olan konseptlər xəttini tamamlayır. Bu konseptlər avtomobilin təkcə nəqliyyat vasitəsi deyil, həm də dəbdəbə predmeti olduğunu, habelə insanın rahatlıq və firəvanlığını yüksəltməyə xidmət etdiyini göstərmək üçün yaradılıblar.

Bu konsepsiyanın fəlsəfəsinin əsasını insanın avtomobildə getdiyi zaman, yoldakı vəziyyətə diqqət yetirmədən rahat şəkildə səyahət etməsi ideyası durur. Tam avtonomluq sürücüyə avtomoili idarə etməkdən tam azad olmaq, müasir köməkçilər dəsti isə, maksimal dərəcədə rahatlamaq və səyahət zamanı dincəlmək imkanı verir.

Biometriya və maşın təlimindən istifadə sayəsində Halo xəttindən olan hər bir konsept  səyahət zamanı  istənilən şəxsə həqiqətən də fərdi yanaşmanı təklif edə bilər. Cadillac şirkətindən əyləncəli tərtibatla yanaşı, avtomobilin sağlamlaşdırma məqsədi ilə də yardım edəcəyini də bildiriblər. Elektrokarın alın şüşəsinin əvəzinə nəhəng əyri ekran quraşdırılıb. Ənənəvi olaraq pedalların yerləşdiyi zonada isə ev çəkələkləri olan xüsusi bölmə var.

Avtomobilə daha rahat əyləşməni təmin etmək üçün, dam qapılarla birlikdə açılır, fərdi oturacaqlar isə isə sərnişinləri qarşılayırlar. Bundan başqa, Ultium Platform texnologiyasından istifadə sayəsində, akkumulyator batareyaları bir yerdə cəmləşməyiblər, əskinə kuzov boyu paylaşdırılıblar. Bu, avtomobildə oturmanı daha alçaq və idmansayağı edir, habelə salondakı məkanı maksimal dərəcə geniş etməyə imkan verir.

Hələlik Cadillac markasının model xəttində yalnız bir seriya elektrokarı var - bu, 340 at qüvvəli elektrik mühərriki ilə təchiz edilmiş və 480 kilometr yürüş məsafəsinə malik olan Lyriq krossoveridir. 2021-ci ilin aprelində təqdim edilmiş avtomobilə sifarişlərin qəbuluna sentyabr ayında başlanıb. Elektrik krossoverinin ilk tirajı 19 dəqiqə ərzində sifariş edilib.///avtoqraf


15:21 - 7 Yanvar 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin