Araz Abdullayev canlı yayımda gənc "tiktoker"i təhqir edərək vurdu - VİDEO

 Araz Abdullayev canlı yayımda gənc

Azərbaycan milli komandasının və "Neftçi" klubunun sabiq futbolçusu Araz Abdullayev "Tiktok" sosial şəbəkəsində canlı yayıma çıxan gənc oğlanı vurub.

Asayis.Az xəbərinə görə, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, görüntülərdə keçmiş futbolçu canlı yayıma çıxan gənc oğlana yaxınlaşaraq əvvəl onu təhqir edib. O, "tiktoker"ə "ikinci dəfə belə şey etsən təpəni dağıdaram, küçük" deyib. Daha sonra Araz gənc oğlanın sinəsinə əli ilə zərbə endirərək "gic-gic danışma" söyləyib.

Gənc oğlan isə Araza "çörəyimi qazanıram, məni heç kəs əzə bilməz" qeyd edib.

Xatırlatma: Azərbaycan milli komandasının və "Neftçi" klubunun sabiq futbolçusu Araz Abdullayev hazırda klubsuzdur. O, 2013-cü ilin mart ayının 28-də yol qəzası törədib.

Nəticədə bir nəfər ölüb, bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Belə ki, hadisə Bakının keçmiş Nobel prospektində yarımmüdafiəçi "Neftçi"nin bazasına gedərkən baş verib.

Kamal Məmmədov 

 

 

Pravda.az

11:19 - 29 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin