Bakıda sürücü “Prius”u polislərin üzərinə sürdü - VİDEO

 Bakıda sürücü “Prius”u polislərin üzərinə sürdü - VİDEO

Sosial şəbəkələrdə Bakının Nəsimi rayonu ərazisində “Toyota Prius” markalı avtomobilin sürücüsü avtoxuliqanlıq edib. Onun daha sonra polisə müqavimət göstərməsini əks etdirən görüntüləri sosial şəbəkələrdə yayılıb.

Metronun "Əcəmi" stansiyası yaxınlığında lentə alınmış görüntülərdən avtomobili nömrəsiz idarə edən şəxsin yol polisi əməkdaşlarının qanuni tələbinə tabe olmaması, maşını polislərin üzərinə sürməsi və DYP-yə məxsus xidməti avtomobili qəsdən vurması əks olunub.

Hadisə ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, həmin sürücü artıq saxlanılaraq aidiyyəti üzrə təhvil verilib: “Sürücünün barəsində araşdırma aparılır, toplanmış materiallar məhkəməyə təqdim ediləcək”.

 

11:06 - 28 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin