"Azərbaycana gətirilən elektromobillərin ehtiyyat hissələrinin ƏDV və digər rüsumlardan azad olunması ilə bağlı müvafiq təkliflər hazırlanıb. Ümid edirik ki, yaxın zamanlarda bu kateqoriyaya aid olan avtomobillərin detalları ölkəyə gətirilən zaman hər hansı əlavə rüsum ödənməyəcək."
Asayis.Az xəbər verir ki, bunu Avtosfer.az-a açıqlamasında Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib. Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum da artıq bununla bağlı müvafiq təkliflər hazırlayıb.
Nazir onu da əlavə edib ki, aidiyyatı qurumlara bu barədə müraciət olunandan sonra məsələ müzakirə ediləcək və həllini tapacaq.