Atasına baş çəkməyə gələn qadın qardaşı tərəfindən döyüldü

 Atasına baş çəkməyə gələn qadın qardaşı tərəfindən döyüldü

Lənkəranda qardaş bacısına xəsarət yetirib. 
Asayis.Az-ın məlumatına görə, hadisə Lənkəranın kəndlərindən birində baş verib. 

Lənkəran rayon sakini, 1973-cü il təvəllüdlü Adil münaqişə zəminində bacısı Sevili (adlar şərti verilib – red.) döyərək ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Adil izahatında bildirib ki, ailəlidir və 3-ci qrup əlildir: 

“Martın 23-də digər kəndə yaşayan bacım Sevil atama baş çəkmək adıyla yaşadığımız evə gəldi. Bacım mənim və həyat yoldaşımın haqqında böhtan xarakterli sözlər deməyə başladı. Nəticədə aramızda münaqişə yarandı. Münaqişə zamanı bacım mənə hücum edərək əl qaldırdığı üçün onun qolundan tutaraq atamın olduğu otağa saldım”. 

Adil deyib ki, bu zaman bacısı öz əlləri ilə başına və üzünə çırparaq kresloya oturub: 

“Halı pisləşdiyi üçün 103 təcili tibbi yardım xidmətinə zəng etdik. Özümü qismən təqsirli bilirəm. Əməlimdən peşmanam. 3 qrup əlillik dərəcəmin olmasını nəzərə alaraq barəmdə yüngül tənbeh tətbiq edilməsini xahiş edirəm”.

İş üzrə zərərçəkmiş Sevil isə ifadəsində deyib ki, atasına baş çəkməyə gedən zaman qardaşının təhqirləri ilə üzləşib. 

Onun sözlərinə görə, bu zaman aralarında münaqişə yaranıb, qardaşı isə onun başına və bədəninə yumruq, təpik zərbələri vurub. 

Adilin barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə inzibati iş açılıb. İş araşdırılması üçün Lənkəran rayon Məhkəməsinə göndərilib. 

Məhkəmə Adili 500 manat miqdarında cərimə edib.
 

14:19 - 27 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin