Dövlətin pulsuz verdiyi dərmanları xəstələrə kimlər satır? - VİDEO

 Dövlətin pulsuz verdiyi dərmanları xəstələrə kimlər satır? - VİDEO

Azərbaycanda hemofiliya, vərəm, talassemiya, şəkərli diabet, dağınıq skleroz, xroniki böyrək çatışmazlığı və qanın bədxassəli xəstəliklərindən əziyyət çəkən şəxslərə dərmanlar ödənişsiz, yəni dövlət hesabına verilir.

Yəni bu qanunla belədir. Bəs reallıqda vəziyyət necədir?

Qaynar xəttimizə gələn şikayətdən sonra deyə bilərik ki, heç də ödənişsiz dərman almalı olan xəstələrin hamısı həmin dərmanları rahatlıqla ala bilmirlər. Xalid Rəhimov Tovuzun Əyyublu kəndində yaşayır.

Uzun müddətdir ki, dağınıq sklerozdan əziyyət çəkir. Ona dərmanlar ödənişsiz verilməli olsa da, hər birini öz cibindən aldığını deyir.

Həm Xalid Rəhimovun suallarına, həm də qaynar xəttimizə sözügedən problemlə bağlı ünvanlanan çoxsaylı müraciətlərə cavab tapmaq üçün TƏBİB-ə müraciət etdik. Amma qurumdan bildirildi ki, bu məsələlərə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi cavabdehdir. Nə qədər qəribə olsa da, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bizi yenidən TƏBİB-ə yönləndirdi ki, cavabdeh onlardır. Bir neçə gün iki qurum arasında var-gəl etsək də, vətəndaşlara pulsuz verilməli olan dərmanların niyə verilmədiyini, bu dərmanların hara yoxa çıxdığını öyrənə bilmədik. “Əczaçılar Klubu” İctimai Birliyinin sədri Şövqi Bünyatov isə dərmanların pasiyentlərə niyə çatdırılmadığını belə izah etdi: Tibbi jurnalist Aygün Musayeva da dövlət tərəfindən verilən dərmanların əlçatmazlığının şahidi olduğunu deyir. Onun sözlərinə görə, sözügedən problemlə bağlı artıq psixiatrlar da həyəcan təbili çalır: Həkimdən soruşma, çəkəndən soruş deyiblər. Belə aydın olur ki, ödənişsiz dərman alacaq qədər ciddi xəstəliyiniz varsa, dərdiniz tək bu xəstəlik olmayacaq, həm də sizə ödənişsiz çatdırılmalı olan dərmanları almaq üçün mübarizə aparmalı olacaqsınız.
 

 

12:09 - 27 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin