Pula qənaət etməyin 9 sadə yolu – SİYAHI

 Pula qənaət etməyin 9 sadə yolu – SİYAHI

Pula qənaət etmək çox çətin görünsə də, gündəlik həyatda dəyişdirilən bir neçə vərdiş qənaət etməyi asanlaşdıra bilər, çünki qənaətin əsl açarı  xərclərə nəzarətdən keçir.

ƏVVƏLCƏ BORCLARINIZI ÖDƏYİN

Qənaət etmək üçün ilk addım borcları ödəməkdir. Hər ay ödədiyiniz borc və faizləri hesabladığınız zaman ortaya çıxan rəqəm sizi təəccübləndirə bilər. Ona görə də yaxşı olar ki, əvvəlcə kiçik borcları, sonra isə böyük borcları ödəyəsiniz.

MƏTBƏX ALIŞ-VERİŞİNİ DAHA ŞÜURLU EDİN

Dünyada milyonlarla insan hər gün yeməkləri tullayır. Bunu etməmək və düzgün büdcəyə nəzarət etmək üçün həqiqətən ehtiyacınız olan qədər alacağınızdan əmin olun. Ərzaq mağazasına getməzdən əvvəl evdə olan və olmayan qidaları yoxlayın. Qalıqları atmaq əvəzinə, onları başqa yeməyə çevirməyə çalışın. Misal üçün, artıq bayat çörəkdən desertlər və ya küftələr hazırlamaq kimi…

XƏRCLƏRİ AZALTMAĞIN YOLLARINI TAPIN

İstədiyiniz qədər qənaət etmirsinizsə, xərcləri azaltmağın vaxtı gələ bilər. Budur bir neçə sadə nümunə;

– Pulsuz və ya aşağı büdcəli tədbirlərə üstünlük verin.

– Daha sərfəli olmaq üçün çöldə yemək əvəzinə evdə yeməyə çalışın.

– Lazımsız bir əşya almadan əvvəl bir neçə gün gözləyin. Bu müddətdən sonra hələ də almaq istəyirsinizsə, satın alın.

QƏNAƏT MİQDARINI BÜDCƏYƏ DAXİL EDİN

Aylıq xərclər cədvəlinizi hesablayarkən həmin ay üçün saxlaya biləcəyiniz məbləği ümumi büdcəyə əlavə edin. Qənaəti əvvəldən planlaşdırın, ayın sonunda qalan məbləğə görə deyil. Əvvəlcə sizi məcbur etməyəcək bir məbləğlə başlayın, sonra bu məbləği zamanla artıra bilərsiniz.

XƏRCLƏRİNİZİ YAZIN

Ay ərzində sərf etdiyiniz hər hansı pulu qeyd edin – nağd pul və ya kredit kartı. Bunu siz dəftər saxlamaqla və ya telefonunuzda yazmaqla da edə bilərsiniz. Sonra onları kateqoriyalara ayırın; bazar, benzin, borc kimi. Beləliklə, ayın sonunda xərclərinizi təhlil edə və hansı xərclərin zəruri olduğunu başa düşə biləcəksiniz.

HƏDƏFLƏRİ TƏYİN EDİN

Pula qənaət etməyin ən yaxşı yollarından biri hədəflər qoymaqdır. Həm qısa, həm də uzun müddət üçün nə qənaət etmək istədiyinizi düşünməklə başlayın. Sonra, nə qədər pula ehtiyacınız olacağını və onu saxlamaq üçün nə qədər vaxt lazım ola biləcəyini planlaşdırın.

ÖZÜNÜZ ÖDƏYİN

Əgər siz hər ay pul ayırmaq üçün iradənizlə mübarizə aparırsınızsa, hesabınıza avtomatik ödəmə təlimatı verin. Çıxarılan pulun avtomatik olaraq başqa bir hesabınıza köçürülməsinə icazə verin.

BRENDİ MÜQAYISƏ EDİN

Bir çox bahalı brendlərin daha əlverişli ekvivalentləri var. Bahalı yuyucu vasitəni səbətinizə atmazdan əvvəl digər məhsulların tərkibini yoxlamaq daha məntiqli olardı.

ALIŞVERİŞ SAYTLARINDA BİLDİRİŞLƏRİ SÖNDÜRÜN

Alış-veriş saytından ani endirim xəbərləri çaşdırıcı ola bilər. Bunun əvəzinə bir şeyə ehtiyacınız olanda alış-veriş saytına özünüz daxil olun.

10:54 - 27 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin