İranın ali dini lideri Ayətullah Əli Xamneyi Rusiyanın Ukraynaya hücumu haqda çıxış edərkən belə deyib. Xamneyi yaranmış böhrana görə, ABŞ-ı ittiham edib.
Çıxışında Rusiyanın adını çəkməyən Əli Xamneyi deyib ki, bütün baş verənlərə görə məsuliyyət ABŞ-ın üzərinə düşür.
İranın digər rəsmi şəxsləri də yaranmış vəziyyətə görə qərb ölkələrini ittiham ediblər