"Avrora” şirkətində nə baş verir?

Abşeron Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Qalib Xaliqovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Asayis.Az-ın məlumatına görə, hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 3 il 6  ay müddətinəə azadlıqdan məhrum etməcəzası təyin edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunub və Qalib Xaliqov məhkəmə zalında dərhal həbsə alınıb. Hökmdə qeyd edilib ki, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, 1989-cu il təvəllüdlü Qalib Xaliqov "Avrora” MMC-nin satış üzrə nümayəndəsi vəzifəsində işləyib. O, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş və satış nöqtələrinə paylanılan spirtli içki və enerji içkilərinin bir hissəsinin dəyərini, yəni özgə əmlakını vahid niyyətlə talayıb.

Belə ki, Qalib Xaliqov fəaliyyət göstərən daimi müştərilərə (satış nöqtələrinə) payladığı malların ümumilikdə 39 103,52 manat məbləğində pulunu mənimsəyib.

Pravda.az

16:19 - 25 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin