“AFB Bank”ın cəmi kapitalında 9.6 faiz azalma olub

 “AFB Bank”ın cəmi kapitalında 9.6 faiz azalma olub

“AFB Bank”ın cəmi kapitalında 9.6 faiz azalma olub. Bu azalmanın əsas səbəbi isə bankın bölüşdürülməmiş mənfəətinin 2022-ci ilin eyni dövrü ilə müqayisədə ciddi azalmasına görədir.

Asayis.Az xəbər verir ki, “AFB Bank”ın cəmi kapitalı 7 milyon 984 min manat və ya 9.6 faiz azalıb. Bu isə birbaşa bankın bölüşdürülməmiş mənfəəti 8 milyon 303 min manat və ya 74.26 faiz azalaraq 2 milyon 877 min manata endirməsinə görə baş verib.

“AFB Bank”ın 2023-cü ilin 1-ci rübünə xalis mənfəəti 750 min manat artsa da bankın səhmdarları bölüşdürülməmiş mənfəətdəki vəsaitin bir qismini geri çəkmə qərarı veriblər. Güman edilir ki, bankın maliyyə resursuna ehtiyyacı olduğu üçün bu addım atılıb.

Qeyd edək ki, Bankın məcmu kapitalı da 8 milyon 25 min manat azalaraq 73 milyon 962 min manata enib.

Pravda.az

15:05 - 25 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin