41 503 mina və partlamamış hərbi sursat - Bir ilin statistikası

 41 503 mina və partlamamış hərbi sursat - Bir ilin statistikası

Ötən ildə işğaldan azad edilən ərazilərdə ümumilikdə 20 165 ha ərazi təmizlənib, 41 503 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb.

Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib. O bildirib ki, işğaldan azad edilən ərazilərdə minatəmizləmə əməliyyatları ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçilir.

"Minatəmizləmə istiqamətində qurumların 2022-ci ilin tədbirlər planına əsasən ümumilikdə 40 000 ha ərazinin təmizlənməsi planlaşdırılır". O bildirib ki, ANAMA-nın öhdəliyinə düşən ərazi 20 000 ha təşkil edir: "Məhz yeni müdavimlərin hazırlanması Qarabağda icra olunan əməliyyatların müvəffəqiyyətlə həyata keçirilməsinə xidmət edəcək".

15:15 - 7 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin