Bakıda 6 nəfər 34 yaşlı qadını döydü - Xəstəxanalıq oldu

 Bakıda 6 nəfər 34 yaşlı qadını döydü - Xəstəxanalıq oldu

Bakıda 34 yaşlı qadın bir neçə nəfərin hücumuna məruz qalaraq ağır xəsarət alıb.

“20 Yanvar” stansiyasının yanında baş verib.

1989-cu il təvəllüdlü Həbillayeva Pərvanə Məmməd qızı bildirib ki, tanımadığı 6 nəfər tərəfindən döyülüb.

Ağır bədən xəsarətləri alan qadın təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb

Müayinə zamanı ona sağ almacıq sümüyünün sınığı və üz-baş nahiyələrinin hematoması diaqnozları qoyulub.

 

Hadisənin təfərrüatı araşdırılır./Report

10:00 - 24 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin