“Kola” ölüm riskini artırır - ARAŞDIRMA

 “Kola” ölüm riskini artırır - ARAŞDIRMA

Harvard Universitetində aparılan araşdırmada “kola”nın sağlamlığa zərərli olduğu və vaxtından əvvəl ölüm nisbətini artırdığı, kola kimi qazlı içkiləri hər gün istehlak edənlərin isə vaxtından əvvəl ölüm nisbətinin yüzdə 20 artdığı ifadə edildi. Asayis.Az xəbər verir ki, elm adamları bu cür içkilərdən istifadə edənlərdə şəkər xəstəliyinə tutulma riskinin artdığını bildirərkən, bu içki yerinə qəhvə və ya çay içməyi tövsiyə ediblər.

15 mindən çox şəkərli diabet xəstəsinin məlumatlarını araşdıran alimlər bu insanların istehlak vərdişlərini də müqayisə ediblər. 18,5 il ərzində qazlı və şəkərli içkilər qəbul edənləri tədqiq edən elm adamları, bu insanların 22 faizinin ürək-damar xəstəliyindən əziyyət çəkdiyini və demək olar ki, yarısının bu müddət ərzində öldüyünü açıqlayıb.

Bildirilib ki, şəkərli və qazlı içkilərdən istifadə edənlərin vaxtından əvvəl ölmə ehtimalı 5 dəfə çoxdur. Gündə 6 fincana qədər qəhvə içənlərdə vaxtından əvvəl ölüm riskinin 26 faiz azaldığı da qeyd edilib. Çay içənlərdə riskin 21 faiz, su içənlərdə isə 23 faiz azaldığı bildirilib.

“British Medical Journal”da dərc edilən araşdırmada şəkərli və qazlı içkilər qəbul edənlərin ürək-damar xəstəliyinə tutulma riskinin yüzdə 25, bu xəstəlikdən ölüm riskinin isə yüzdə 29 daha çox olduğu ifadə edilib.

Ona görə də, şəkərli diabet xəstələri şəkərli və qazlı içkilər yerinə sağlam seçimlər edərək bundan faydalanmalıdırlar.

İndex.az

13:06 - 20 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin