Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Bununla bağlı daxili işlər naziri general-leytenant Vilayət Eyvazov əmr imzalayıb.Əmrə əsasən, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin rəisi polkovnik-leytenant Mahir Məmmədyarov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Onun yerinə hələlik təyinat yoxdur. Məlumatı BDYPİ-dən təsdiqləyiblər. Qeyd edək ki, M.Məmmədyarov 2016-cı ilin sentyabrında bu vəzifəyə təyin olunmuşdu.