Nazirliyin həbsdə olan sabiq vəzifəli şəxsi nə qədər rüşvət alıb?

 Nazirliyin həbsdə olan sabiq vəzifəli şəxsi nə qədər rüşvət alıb?

Gəncə Ağır Cinayətlər Məhkəməsində Mədəniyyət Nazirliyinin Şəmkir Regional Mədəniyyət İdarəsinin rüşvət almaqda təqsirləndirilən sabiq rəisi Azər Rəcəbov, həmin idarənin İnsan resursları şöbəsinin rəisi Ələkbər Əliyev və məsləhətçisi Seymur Səfərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Asayis.Az-ın məlumatına görə,  hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə onların nə qədər rüşvət aldığı və dələduzluq etdiyi məlum olub.

Azər Rəcəbov digərləri ilə əlbir olaraq ümumilikdə 125 min manat dələduzluq və rüşvət alıb.

Məhkəmənin hökmü ilə Azər Rəcəbov 9 il 6 ay, Ələkbər Əliyev 3 il 6 ay azadlıqdan məhrum edilib. Seymur Səfərova isə şərti cəza verilib.

Seymur Səfərov barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilib.

Qeyd: Həmin şəxslər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində tərəfindən saxlanılıb.

Aparılan əməliyyat-istintaq tədbirləri ilə Şəmkir Regional Mədəniyyət İdarəsinin sabiq rəisi Azər Rəcəbovun həmin idarənin İnsan resursları şöbəsinin keçmiş rəisi Ələkbər Əliyev və məsləhətçisi olmuş Seymur Səfərov ilə qabaqcadan əlbir olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar ümumi himayədarlıq, yəni ayrı-ayrı şəxslərdən vəzifəyə təyin edilmələri, vəzifədə qalmaqla fəaliyyətini davam etdirmələri, eləcə də idarənin balansında olan klubların ixtisar edilməməsi müqabilində 2021-ci ilin dekabr ayından başlamaqla ayrı-ayrı şəxslərdən 102 min manat məbləğində pul vəsaitini rüşvət qismində almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Azər Rəcəbov, Ələkbər Əliyev və Seymur Səfərova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilməklə, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Pravda.az

17:17 - 19 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin