Avtobuslarda gediş haqqı artırılacaq? - Rəsmi cavab

 Avtobuslarda gediş haqqı artırılacaq? - Rəsmi cavab

Marşrut avtobuslarında gediş haqqının artırılacağı iddia edilir.

Məlumata görə, marşrut avtobuslarında gediş haqqı mart ayının ilk yarısında bahalaşacaq.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxladıq.

BNA sözçüsü məlumatın həqiqəti əks etdirmədiyini deyib: “Marşrutlarda gediş haqqının bahalaşacağı ilə bağlı deyilən həqiqəti əks etdirmir”.

18:00 - 28 Fevral 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin