Nazir yolda gördüyü “Porsche” sürücüsünə yarış təklif etdi

 Nazir yolda gördüyü “Porsche” sürücüsünə yarış təklif etdi

“Hürriyet”in köşə yazarı Abdulkadir Selvi yazıb ki, xəzinə və maliyyə naziri Nurəddin Nebati “Togg” sürərkən yolda gördüyü “Porsche” sürücüsünə yarış təklif edib.

İndex.az xəbər verir ki, Xəzinə naziri Mersində keçirilən seçki işlərində iştirak etmək üçün hava yolu ilə Adanaya gedib. Adana hava limanında partiya üzvləri tərəfindən qarşılanan Nebati orada onu gözləyən 06 HMB 89 nömrə nişanlı “Togg”a keçib.

“Togg”dan ilk istifadə edənlərdən biri olduğu üçün özünüzü necə hiss edirsiniz sualına Nebati belə cavab verib:

“Çox gözəl. İnsanlar mənə kosmosdan gəlmiş kimi baxırdılar. “Porsche” sürücüsü də var idi. Pəncərəni aşağı saldım, “Porsche” sürücüsünə üz tutub, “Sənin maşının “havalı” görünür, yoxsa mənim?” dedim. O, əvvəlcə baxdı və sonra dedi.  Cənab nazir, məncə, sizin maşınınız daha “havalıdır””. Bu, real hadisədir.

Daha sonra isə, Nəbati “Porsche” sürücüsünə, istəsən gaza basaq, hansımızın maşını daha sürətli gedir baxaq deyə təklif edib. Lakin “Porsche” sürücüsü tıxacda yarışmaqdan imtina edib.

12:32 - 19 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin