Ukrayna Belarusdan “İsgəndər” raketi ilə vuruldu

 Ukrayna Belarusdan “İsgəndər” raketi ilə vuruldu

Rusiya ordusu Belarus ərazisindən “İsgəndər” raketləri ilə Ukraynaya zərbə endirib.

Bu barədə indicə Ukrayna mediası məlumat yayıb.

Bu barədə daxili işlər nazirinin müşaviri Anton Qeraşenko öz “Telegram” kanalında məlumat verib.

"İskəndər” Ukraynaya Mozır rayonundan atılıb. Bu təxminən saat 17:00-da (yerli vaxtla-red.) baş verib. Bu, barışıq deməkdirmi?!!”, - Qeraşenko yazıb.

Bundan əvvəl Volın vilayətinin Vladimir şəhəri yaxınlığındakı hərbi hissə Belarusdan atəşə tutulub.

20:03 - 27 Fevral 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin