60 il sürücü vəsiqəsi olmadan avtomobil idarə etdi - Detallar

 60 il sürücü vəsiqəsi olmadan avtomobil idarə etdi - Detallar

Yaponiyada polis təxminən 60 ildir sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən yaşlı sürücünü saxlayıb.

Asayis.Az xəbər verir ki, bu barədə Yaponiyanın “Sankei” qəzeti yazır.

Hyoqo prefekturasının polisi 82 ​​yaşlı Toşiyuki İsibasini saxlayıb. Patrul işçiləri İsibasinin avtomobilini saxlayıb və onun təhlükəsizlik kəməri taxmadığını aşkar ediblər.

Polislərdən birinin dediyinə görə, o, kişidən sürücülük vəsiqəsini göstərməsini istəyəndə, sürücünün üzərində heç bir sənədin olmadığı məlum olub.

İsibasinin özünün izah etdiyi kimi, o, 20 yaşında sürücülük vəsiqəsini itirib və o vaxtdan onu almayıb. 82 yaşlı pozucuya qarşı hansı sanksiyaların tətbiq olunacağı açıqlanmır.

İndex.az

16:54 - 18 Aprel 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin