1893-cü ildə Çarlz Osborn 1922-ci ildə satış üçün 350 kiloluq donuzu asarkən müvazinətini itirib və yıxılıb. Xəstəxanaya yerləşdiriləndə həkim ona beynində iynə böyüklüyündə qan damarını cırdığını deyib. Ancaq, o, bilmirdi ki, bu yıxılma Osborna qan damarının partlamasından baha başa gələcəkdi…
Bu hadisədən qısa müddət sonra Osborne hıçqırmağa başlayıb. Həkimlər bu vəziyyətə son qoymağa çalışsalar da, heç bir həkim çarə tapa bilməyib. Bütün bunların səbəbinin qan damarının partlaması ilə əlaqəli olduğu düşünülsə də, dəqiq bir şey tapılmayıb.
Son çarə olaraq Osborne hıçqırıq zamanı səsi minimuma endirən nəfəs alma texnikasını öyrənməli olub. Onun edə biləcəyi yeganə şey bu olb. Bu nəfəs alma texnikası onun hıçqırıqlarının səsini azaldıb və Osborne üçün nisbətən asan bir həyat yaşadıb.
Osborne xəstəliyi haqqında danışmaq üçün jurnallarda və televiziya şoularında çıxış edib. Osborne 1978-ci ildə “Associated Press”ə deyib: “Hıçqırıqlardan qurtula bilsəydim, dünyada sahib olduğum hər şeyi verərdim”.
O, çarə axtararaq dünyanı gəzib və hətta 100.000 dollar təklif edib və nəticəsi olmayıb.
1922-ci ildə başlayan ağlasığmaz hıçqırıqlar birdən-birə və bilinməyən bir səbəbdən düz 68 il sonra, 1990-cı ildə dayanıb. Hadisəni daha acınacaqlı vəziyyətə salan hıçqırıqlardan qurtulmaq üçün illər sərf edən Osborne hıçqırıqlar səngidikdən bir neçə ay sonra 1991-ci ildə vəfat edib.
Ölümündən 32 il keçməsinə baxmayaraq, Osborne Ginnesin Rekordlar Kitabında “Ən uzun hıçqırıq” kateqoriyasındakı uğurunu hələ də qoruyub saxlayır, görünür ki, bu uğur daha da uzun müddət davam edəcək.
Qeyd edək ki, San Antoniodakı Texas Universitetinin Sağlamlıq Elmləri Mərkəzinin neyrocərrahı Əli Seyfi, Osbornun 1922-ci ildə keçirdiyi qəza zamanı qabırğalarından yüngül zədə aldığını irəli sürür. Belə ki, döş qəfəsi ilə göbək arasında olan və qabırğaların aşağı hissəsi ilə birləşən diafraqmanın da zədələndiyini düşündüyünü deyib.