“Yeni nazirlə görüşmək istəyirəm, ona təklikdə deyəcəklərim var...” - Yaşar Nurinin xanımı

 “Yeni nazirlə görüşmək istəyirəm, ona təklikdə deyəcəklərim var...” - Yaşar Nurinin xanımı

Bir neçə gün öncə Azərbaycanın mədəniyyət naziri postuna yeni təyinat oldu. Prezident İlham Əliyevin sərəncamı ilə Adil Kərimli mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilərək, mədəniyyət naziri təyin olundu. 
Asayis.Az 
xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan mərhum Xalq artisti Yaşar Nurinin xanımı Rəhimə Nuriyeva yeni nazirlə görüşmək istədiyini bildirib: 

“Yeni təyin olunan mədəniyyət naziri ilə görüşmək istəyirəm, onunla danışmaq istədiyim bəzi məsələlər var. Bunları öncədən mətbuatda şərh etmək istəmirəm. Sadəcə istəyim nazirin məni qəbuluna çağırmasıdır. Mən problemlərimi birbaşa nazirə söyləmək, mənə dəstək olmasını istəyirəm, çünki illərdir ki, mədəniyyət nazirlərin qəbuluna düşə bilmirəm. Hər dəfə bir şey deyərək 2 ildir məni qəbula çağırmayıblar. Əvvəlki nazirlərimiz o boyda sənətkarın ailəsinə vaxt ayırmadılar, halbuki fikrimcə, adi zəhmətkeş insanın da nazirliyə gedib qəbula düşməsi rahat proses olmalıdır. Yəqin ki, yeni nazir məni qəbul edib dinləyəcək”. 

R.Nuriyeva dəfələrlə sabiq Mədəniyyət nazirin qəbuluna düşmək istəsə də, nazirliyin müxtəlif bəhanələrlə bundan boyun qaçırdığını açıqlayıb:

“Sabiq nazir Anar Kərimli ilə də görüşmək istəyirdim, dəfələrlə bu barədə mətbuatda çıxışlarım oldu, lakin məni çağırmadılar. Nazirliklə əlaqə saxlayanda hər dəfə bir şey dedilər. Ya dedilər ki, nazirə çatdırarıq, ya dedilər burada yoxdur, iş saatı deyil və s. Bilirsiniz, bunlar standart bəhanələrdir. Görüşümüz alınmadı. 

Əbülfəs Qarayev Yaşar Nuri sağ olanda da, sonra da həmişə bizə dəstək olub. O dövrdə həm Əbülfəs müəllim, həm müavini Ədalət müəllim mənim fikirlərimi dinləyib, problemlərimlə maraqlanıblar. Mənə dəstəkləri olub və bu gün bunu dana bilmərəm. Bəlkə bu gün Əbülfəs Qarayev vəzifə başında olsaydı, mənim problemlərim çoxdan çözülmüşdü. Görək yeni nazir nə edəcək. Adil Kərimlinin dosyesini oxumuşam, gördüm ki, çox intellektual, kübar insandır. Nazir olmadan öncə çalışdığı yerlər də çox sanballıdır. Yəqin ki, o, məni qəbuluna çağırar və problemlərin həllində mənə dəstək olar”.

12:00 - 18 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin