Elektrik enerjisinin qiyməti bahalaşacaq? — Komitə sədri AÇIQLADI

 Elektrik enerjisinin qiyməti bahalaşacaq? — Komitə sədri AÇIQLADI

Azərbaycanda elektroenergetika sahəsində yeni sistem tətbiq olunacaq. Bundan sonra istehsalçı elektrik enerjisinin ötürülməsi və paylanması fəaliyyəti ilə məşğul ola bilməyəcək.

Asayis.az xəbər verir ki, yeni tənzimlənmə formasının tətbiqi Milli Məclisdə də müzakirə olunub.

Bu qanundan sonra energetika sahəsində hansı dəyişikliklər olacaq? Qiymət artımı gözlənilirmi?

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Atv-yə bildirib ki, dünyada bir çox ölkə yeni sistemə keçib:

"Qiymətlərin bahalaşmasından söhbət gedə bilməz. Qanun qəbul edilikdən sonra Tənzimlənmə Agentiyi yaradılacaq və bununla qiymətlərin tənzimlənməsinə xüsusi önəm veriləcək".

Ətraflı videomaterialda izləyə bilərsiniz:
 

16:45 - 17 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin