Ukraynada ölən və yaralanan azərbaycanlıların SAYI AÇIQLANDI

 Ukraynada ölən və yaralanan azərbaycanlıların SAYI AÇIQLANDI

"Ukraynada vəziyyət çox ağırdır, hər yerdə döyüşlər gedir, o cümlədən Kiyev şəhəri də mərmi atəşinə tutulur”.

Bunu Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova deyib.

Səfir bildirib ki, azərbaycanlılara mümkün olan köməkliyi göstərməyə çalışırlar:

"Artıq Azərbaycan Xarici İşlər Nazirliyi soydaşlarımızın Ukraynadan çıxarılması üçün üç marşrut müəyyən edib. Onlardan ən təhlükəsizi Moldova marşrutudur. Çünki nisbətən qısadır, 600 km-ə yaxındır, Ruminiya sərhədinə isə 500 km-dir. Oradan isə təyyarə ilə İstanbula, daha sonra Bakıya uçmaq mümkündür. Əlbəttə ki, bu uzun marşrutdur, lakin ən realı budur. Xarici İşlər Nazirliyi bizə Polşa və Slovakiya marşrutunu da tövsiyə edib. Orada problemlər yaranmaqdadır. Hazırda 100-ə yaxın soydaşımız Polşa sərhədində cəmləşib. Ukrayna sərhədçiləri onları nəyəsə görə buraxmır. Baxmayaraq ki, bizim XİN bu barədə Polşa XİN-lə danışıqlar aparıb və sövdələşmə əldə edib. Lakin soydaşlarımızı buraxmırlar. Bunu Azərbaycan XİN-ə də çatdırmışıq. Orada vəziyyət gərgindir”.

Elmira Axundovanın sözlərinə görə, artıq Ukraynada sivil vətəndaşlar da həlak olmaqdadır.

“Ukraynada artıq 198 nəfər həlak olub, 1000-dən çox yaralı var, o cümlədən azyaşlılar. Təəssüf ki, Azərbaycan əsilli Ukrayna vətəndaşı olan soydaşlarımız - Nataliya Fərzəliyeva və qızı Səbinə həlak olub, oğlu Zaur isə yaralanıb. Bundan başqa, soydaşlarımızdan biri sığınacaqda oturmaq əvəzinə, əsgərlərin durduğu postun yaxınlığında avtomobil idarə edib və atəşə tutulub, ayağından yaralanıb”, - deyə səfir vurğulayıb.

22:24 - 26 Fevral 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin